Tərtər və Laçında silah sursat aşkarlandı

media-hightechnic-468x90

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıb.

Bu barədə “Report”a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600