Tərtərdə dəhşət - Ailəli qadınla mesajlaşana işgəncə verildi

media-hightechnic-468x90

Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.

Yenicag.az xəbər verir ki, rayonun Ələsgərli kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub. E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Report/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa