Reklam

Reklam

Qazi Mustafa Kamal nə gözəl söyləyib: “Vətənə xəyanətin səbəbi olmaz, əvvəl-axır cavabı olur”. Bu gün Azərbaycana qarşı şər mərkəzlərinin maşasına çevrilən vətənsizləri izlədikcə, böyük Atatürkün sözləri içimizdən süzülməkdədir. 

Bəli, ərəb ölkələrini viran qoyan “Ərəb baharı” 2010-cu illərin sonlarında Azərbaycanda başda olmaqla, bir çox ölkə üçün “karton pələnglər” – sosial media canavarları meydana çıxardı. Meydana yeni çıxan və ənənəvi dəyərlərdən uzaq fərdlər populist radikal çıxışları ilə protest elektoratın diqqətini özlərinə çəkməyə başardılar.

Ənənəvi siyasilərdən fərqli olaraq, heç bir dəyər tanımayan, publikaya oynayan şəxslər tez-tez dəyişdirilməkdədir. Məsələn, 1990-cı illərdən siyasi səhnədə olan siyasilər hələ də meydanda olsalar da, sosial media pələngləri davamlı olaraq dəyişdirilir. Sizə, bəlkə də, bu, parlayan şəxsin tükənməsi kimi gələ bilər. Ancaq bu təsadüfi adamlar Qərbin texnoloqları tərəfindən seçilir, hazırlanır, kütləyə təqdim edilir. Missiyası başa çatan kimi geri çəkdirilir və yerinə yenisi çıxarılır. 2011-ci ilin mart ayında meydan sulayan şəbəkədən neçə nəfər ortalıqdadır? Həbib Müntəzir və Emin Millini çıxsaq, heç kim! Onlar da indiki dövrdə arxa plandadırlar. Meydan indi növbəti “təsadüfi adam”larındır.

Qərbin texnoloqları bu metodla kütləni yormadan istədikləri istiqamətə sürükləməyə çalışırlar. Onlar üçün isimlərin heç bir önəmi yoxdur. Dünən bir başqası ilə Azərbaycana qarşı təxribatlar davam edərkən, bu gün o dalğanın başına Vidadi kimi dəlini, Orduxan kimi ailə tərbiyəsindən uzaq birisini gətirə bilərlər. Hədəf isə dəyişmir: Azərbaycan dövləti.

Heç şübhəsiz, siyasətə təsadüfi adamların gəlməsi və ya arxa qapıdan girməsi həmişə fəsad törədir. Siyasətçinin ən başlıca xüsusiyyətlərindən biri səbir və əxlaqlı olmasıdır. Məsələn, mərhum Muhsin Yazıçıoğlu illərlə günahsız olaraq, həbsxanada ən ağır şəraitdə yatdı, ancaq bir dəfə də olsa dövləti əleyhinə söz söyləmədi. Ləyaqəti, tərbiyəsi buna imkan vermədi. Parlamentdə tənqid etsə də, ondan Türkiyəni soruşan avropalılara: “Siz kimsiniz ki, ölkəmi şikayət edim”-dedi. Azərbaycanda bu tərz siyasət az da olsa, ənənəvi müxalifət tərəfindən aparılmaqdadır. Kimsə kimsəyə tənqid etmə demir, ancaq təhqir yolverilməzdir. Bu gün Avropadakı dəli Vidadi və saz dostlarının təhqiramiz çıxışları nə siyasətə, nə əxlaqa sığır. Kişilik sadəcə şalvar geyinmək deyil, kişilik xarakterdir. Vidadi və çətəsinin tutduğu yol isə əxlaqsızlıqdır, vətənsizlikdir, xəyanətdir!

2005-ci ildə “narıncı inqilablar”ı görüb, həvəsə düşən Əli Kərimliyə gənclər siyasətini nəzərdən keçirməsini istəyən ağsaqqal cəbhəçiyə verdiyi bir cavab bu gün Orxudanlar üçün keçərlidir: “Mənə qərarımı qeyd-şərtsiz icra edən, onun hansı sonuc doğuracağını düşünməyən gənclər lazımdır”. Bəli, bu gün Avropadan ölkəmizə barmaq silkələyənlərə baxdıqda, cənab Kərimlinin Sem dayısının da onun kimi addım atdığını, irəli sürdüyü adamlarda düşünmə qabiliyyətinin olmadığını görürük.

Yeni sosial media qəhrəmanları düşünür, ancaq önlərinə qoyulan çıxışları oxuyurlar. Onlar bu gün dediklərinin sabah əksinə danışmaqlarının fərqində belə deyillər. Çünki onlardan tələb olunan verilən tapşırığın icrasıdır.

Hakimiyyət cəbhəsindən bir neçə dəfə onlara qarşı dözümlü münasibət açıqlansa da, xüsusilə, Prezidentin köməkçisi Əli Həsənovun mövzu ilə bağlı iki dəfə status yazmasına öz ailə tərbiyyələrinə uyğun cavab vermələri göstərdi ki, Qərbin yeni kuklalarının ən primitiv siyasi əxlaq anlayışları yoxdur. Öz kəndlərində belə üç nəfərin yanında hörmət sahibi olmayan bu şəxslərin dövlətə meydan oxuma cəhdləri verilən sifarişin miqyası barədə fikir yürütməyə imkan verir.

Onların həqarətdən, təhqir və söyüşdən geniş istifadə etməsi isə bir daha acizliklərini və tükəndiklərini göstərir. Belə ki, aciz olan söyüş söyər, çarəsiz nifrət, fikri olmayan da şiddətə meyl edər. Davamlı olaraq dövlət rəhbərliyini, hətta onlar haqqında ən yumşaq tənqidi səsləndirənləri təhqir atəşinə tutmaları acizliklərinin, arqumentsizliklərinin şəklidir.

Qısacası, biz iki-üç zırrama ilə üz-üzə qaldığımızı düşünürük. Fəqət əslində savaş qərb texnoloqları ilə gedir. Azərbaycanı istədikləri kimi dizayn etmək istəyən London lordları, Vatikan kardinalları, Vaşinqton serləri qarşılarındakı ən böyük səddi aradan qaldırmaq istəyirlər.  Məhz, Azərbaycanda etmək istədiklərinin qarşısında olduqları üçün prezident Əliyev və onun komandasındakı milli şəxslər hədəfdədir.  Əli Həsənovun normal etik çərçivəsindəki tənqidindəki mühim nüanslar onlara toxunduğu üçün qladiatorlarını top-tüfənglə, sahib olduqları əxlaqla cavab veriblər.

Bəzən niyə bunlara cavab verilir, deyə suallar meydana çıxır. Bu vətənin, bu dövlətin sahibsiz olmadığının hər kəs tərəfindən bilinməsi lazımdır. Hücum edən hansı qüvvə olursa olsun cavabı verilməlidir. Bəzən üzərinə XI Qızıl Ordu göndərilir, bəzən də üç dəli. Düşməni heç vaxt zəif görməyib, xarici düşmənin hər addımına, hətta içəridəki aslan ismayılovlarına qarşı da hazır olmalıyıq.

Çünki içimizdəki sapı bizdən olan baltalar olmasaydı, bu il yüzilliyini qeyd edəcəyimiz cümhuriyyətimizin ömrü 23 ay olmaz, Qarabağsız, Zəngəzursuz, İrəvansız qalmazdıq.

Mehmet Akif Ərsoy demişkən, “Sahibsiz olan vətənin batması haqqdır, Sən sahib olarsan, bu vətən batmayacaqdır”.

Aqil Ələsgər

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 837
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."