“…təşkilat dağılır” – Müsavatda yeni ittihamlar

media-hightechnic-468x90

скачанные файлыArifə Hüseynli: “Bu heç də o demək deyil ki, hazırki rəhbərliyin iddia etdiyi kimi, həmin addımı atmağa onları mən təhrik etmişəm”

Müsavat Partiyasında rəhbər strukturlarda yaşanan gərginlik indi öz təsirini rayon təşkilatları səviyyəsində aşağı orqanlarda da açıq şəkildə göstərməyə başlayıb. Partiya daxili ziddiyyətlər özünü əsasən də Suraxanı rayon təşkilatında göstərir. Bildiyiniz kimi, burada rayon təşkilat sədri Rövşən Dəmirlinin partiyadan çıxarılması ilə yenidən Təşkilat Komitəsi yaradıldı. Hansı ki, ona da Arif Hacılının qatı tərəfdarı Fəzli Mehdiyev rəhbərlik edir. F. Mehdiyev də partiyadan çıxan və çıxarılanlar haqqında müəyyən fikirlər səsləndirib. Belə ki, o öz istəyi ilə partiyadan uzaqlaşan, rayon təşkilatı sədrinin keçmiş müavini, sabiq Məclis katibi Arifə Hüseynlini partiyadan çıxmaq üçün başqalarına da təsir etməkdə ittiham edib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Arifə Hüseynli F. Mehdiyevin bu açıqlamasının həqiqətə uyğun olmadığını bildirdi: “Partiyadan istefa verdikdən sonra, mənimlə həmrəy olan bir neçə nəfər Suraxanı rayon təşkilatının üzvü də anoloji addımı atdı. Hansı ki, onlar vaxtilə partiyanın bütün fəaliyyətində aktiv olmaları ilə seçiliblər. Onlar Müsavat Partiyasının yeni rəhbərliyinin nizamnamə pozuntularına yol verməsinə etiraz səslərini ucaltmışdılar. Lakin partiya üzvü olaraq qalırdılar. Amma mənim istefa verməyim, bu addıma həmrəy olaraq onların da istefa verməsinə səbəb oldu. Amma bu heç də o demək deyil ki, hazırki rəhbərliyin iddia etdiyi kimi, həmin addımı atmağa onları mən təhrik etmişəm. Belə hərəkət mənə yaraşmaz. İnsanın fəaliyyəti əsasən yaşadığı ərazidə bilinir. Birdən-birə minim istefa verməyib, Suraxanı təşkilatındakı digər insanları da həmin addımı atmağa sövq etdi. Amma bu o demək deyil ki, onları bu addımı atmağa mən təhrik etmişəm. Yaşadığım binada olan insanların böyük əksəriyyəti müsavatçı olub. Fəzli Mehdiyevin özəyində isə özündən başqa heç kim olmayıb. Hansı hörmətinə görə, onun ardınca kimlərsə Müsavata gəlib? Heç kim. Bu proseslərin nəticəsidir ki, Müsavat Partiyası cəmiyyətdə xeyli dərəcədə nüfuzdan düşüb. İsa bəyin idarəçiliyi dövründə Müsavatda canlanma, bir-birinə dost münasibət var idi, Arif bəyin idarəçiliyi dönəmində isə bunun əksini görürük, təşkilat dağılır. Amma bu olmaya da bilərdi. Neçə dəfə A. Hacılıya dedim ki, bu düşmənçiliyi dayandırın. Lakin bunu istəmədilər”.

 

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600