Texasdakı daşqınlar can almaqda DAVAM EDİR – FOTO

media-hightechnic-468x90

ABŞ-nin Texas ştatında son günlərdə baş verən daşqınlar ciddi itkilərə səbəb olub.

Yenicag.az xəbər verir ki, Texas qubernatoru Greq Abbott ötən həftə ştatın bəzi bölgələrində baş verən daşqınlar nəticəsində 109 nəfərin həyatını itirdiyini açıqlayıb. Onun sözlərinə görə, bir rayonda hələ də axtarılan 161 nəfərin sağ tapılması ilə bağlı ümidlər azalıb.

Ən çox ölüm faktı iyulun 4-də, bayram günü səhər güclü yağışların səbəb olduğu Qvadelupa çayının daşması nəticəsində Kerr dairəsində qeydə alınıb.

Texas Milli Qvardiyasının generalı Tomas Suelzerin bildirdiyinə görə, axtarış işlərinə helikopterlər və pilotsuz uçuş aparatları da cəlb olunub.

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə iyulun 11-də daşqından zərər çəkmiş bölgələrə səfər edəcək.

Göycə Göycəyev

media-texas-flood-22-rt-gmh-250707_1751896101043_hpmain_4x3

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600