Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılması ilə bağlı layihə Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Yenicag.az xəbər verir ki, dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.
Qanuna təklif edilən dəyişiklik deputatlar tərəfindən səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, layihə Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.
www.yenicag.az