Teymur Rəcəbov “Champions Chess Tour”da ikinci yeri tutdu

media-hightechnic-468x90

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutub.

Yenicag.az xəbər verir ki, bu gün keçirilən doqquzuncu turda Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşe-Laqrava qalib gəlib. Turnirin yekun nəticələrinə görə, T.Rəcəbov ikinci pillədə qərarlaşıb.

Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyana məğlub olub. Ş.Məmmədyarov isə turnirin yekununda sonuncu olub. Yarışın qalibi Maqnus Karlsen olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600