Təyyarə qəzası baş verdi

Almaniyada polis ölkənin cənub-şərqində, Çexiya ilə sərhəddə, Bavariya Təbiət Parkı yaxınlığında kiçik bir təyyarənin qəzaya uğradığını açıqlayıb.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Təyyarənin harada havaya qalxdığı və niyə qəzaya uğradığı ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.