Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Təyyarə qəzasında ölən ukraynalıların nəşi ölkələrinə gətirildi - FOTOLAR

İranın səhvən raketlə vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyarəsində ölən ukraynalıların nəşi bu gün ölkələrinə göndərilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, cənazələrin gətirildiyi təyyarə Kiyev Borispol Hava Limanında ölkə başçısı Vladimir Zelenski və Ukraynanın baş naziri Aleksey Qonçarukun da iştirak etdiyi rəsmi mərasimlə qarşılanıb. Mərasimdə iştirak edən Ukrayna Hava Yolları şirkətinin işçiləri həyatını itirən əməkdaşlarının tabutlarının aparılması zamanı göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, sözügedən qəza yanvarın 8-də baş vermiş və hadisə nəticəsində 9-u ekipaj üzvü olmaqla, 176 nəfər həyatını itirmişdi. Ölənlərin 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10- İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya və 3-ü də İngiltərə vətəndaşıdır.

www.yenicag.az

466
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM