Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb.
Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, xəsarət alan şəxslərdən beşinin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
“Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.
Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir”, – məlumatda qeyd olunub.
www.yenicag.az