Təyyarə sərxoş sərnişinə görə məcburi eniş etdi

media-hightechnic-468x90

Finlandiyadan İsveçrəyə uçan sərnişin təyyarəsi sərxoş sürücünün aqressiv hərəkətləri ilə əlaqədar Berlin-Brandenburq aeroportuna məcburi eniş edib.

Yenicag.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Helsinki-Sürix reysi üzrə hərəkət edən təyyarənin sərnişini, 42 yaşlı Finlandiya vətəndaşı hava gəmisindəki digər sərnişinlərə və ekipaj üzvlərinə qarşı aqressiv və təhqiramiz hərəkətlər edib. Yaranmış vəziyyətlə əlaqədar pilot Berlin aeroportuna eniş etmək qərarına gəlib.

Hava limanında polis əməkdaşları finlandiyalı sərnişini saxlayıblar. Onun yüksək miqdarda spirtli içki qəbul etdiyi müəyyən olunub. Həmin şəxs barəsində inzibati qaydada araşdırmalara başlanılıb və o, 2200 avro məbləğində cərimələnib.

Prosedurlar başa çatdıqdan sonra sərnişin sərbəst buraxılıb. İnsidentdən sonra təyyarə yenidən havaya qalxıb və Sürix istiqamətində uçuşu davam etdirib./Unikal/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600