Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təyyarənin pilotu uçuş zamanı öldü

9b714b“Səudiyyə hava yolları” şirkətinin birinci pilotu uçuş zamanı öldükdən sonra ikinci pilot sərnişin təyyarəsini endirməli olub.

Bu barədə “The Daily Mail” məlumat yayıb. Göyərtəsində 220 sərnişinin olduğu təyyarə mart ayının 1-də daxili iki saatlıq marşrut üzrə Bişadan Ər-Riyada uçurdu.

Enişə gedərkən komandir Valid bin Muhamməd əl-Muhamməd huşunu itirib. İkinci pilot Rami bin Qazi idarəetməni ələ alaraq təyyarəni endirib.

O, radioəlaqə vasitəsilə təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri təyyarə komandirinin infarktdan öldüyünü bildiriblər.

www.yenicag.az

325