Ticarət köşkləri bərpa olunmayacaq

media-hightechnic-468x90

6543f49d677e077ccfa3bc9b46348fdd (1)Bakı Metropolitenində ticarət köşkləri olmayacaq.

Bunu  son zamanlarda bir sıra kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC-nin qurumun ərazisində yerləşən keçidlərdə ticarət köşklərinin bərpa ediləcəyi ilə bağlı yaydığı məlumatlara cavab olaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“Hazırkı qərarımız ondan ibarətdir ki, “Bakı Metropoliteni”ndə ticarət köşkləri adında heç bir şey olmasın. Təbii ki, bu, dünya təcrübəsində var. Bu gün Moskva və digər şəhərlərin metropolitenlərində ticarətin başqa növlərindən istifadə olunur. Amma bizim hazırdakı planımızda “Bakı Metropoliteni”ndə ticarət köşklərinin bərpası ilə bağlı heç bir planımız yoxdur”.

“Bakı Metropoliteni”ndə reklamların yerləşdirilməsinin bərpasına gəldikdə isə N. Paşayev deyib ki, gələcəkdə bu, mümkün ola bilər: “Reklamların bərpa olunacağı təqdirdə daha müasir görünüşlü reklam daşıyıcılarından istifadə olunsun ki, onlar sərnişinlərin təhlükəsizliyinə, hərəkətinə və onların narahatçılığına səbəb olmasın”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600