!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tillerson Əsədin hökmünü verdi: “Hakimiyyəti sona yaxınlaşır”

!Reklam – Yazi

İtaliyada təşkil olunan G7 sammitində çıxış edən ABŞ-ın dövlət katibi Reks Tillerson Suriya liderinin sonunun çatdığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Tillerson öz çıxışında Əsəd rejiminin yeni kimyəvi hücumuna imkan verilməyəcəyini bəyan edib:

“Əsəd ailəsi iqtidarının sonu yaxınlaşır. Suriya və İraqda əsəs hədəfimiz İŞİD-lə mübarizədir. Əsədin kimyəvi silahlarının İŞİD-in və başqalarının əlinə keçməsinə yol verməyəcəyik. Rusiyanın Əsəd, İran və “Hizbullah”la qurduğu ittifaq onun özünün də maraqlarına ziddir. Məlum olduğu kimi BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Rusiya Suriyanın kimyəvi silahlarının məhv edilməsi prosesinə nəzarəti öz üzərinə götürmüşdü. Təəssüflər olsun ki, o, bu öhdəliyi yerinə yetirə bilmədi”.

Yeniçağ.Az

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv