Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Titanic yenidən Atlantik okeanında üzəcək - 2022-ci ildə

“Titanic” gəmisinin analoqu 2022-ci ildə dənizə buraxılacaq və  sələfinin başa vura bilmədiyi  Böyük Britaniya-ABŞ marşrutunu təkrarlayacaq.

Yenicag.az  TASS informasiya agentliyinə istinadən xəbər verir ki, “Titanic -2” layihəsi üzərində işlər avstraliyalı biznesmen Klayv Palmerin rəhbərlik etdiyi “Blue Star Line” kompaniyası tərəfindən həyata keçirilir.

Layihəyə 2012-ci ildə start verilib, 2015-ci ildə maliyyə çətinliyi səbəbindən onun tikintisi dayandırılıb. Bu ilin sentyabr ayında layihə üzərində işlər bərpa olunub.

Kompaniya gəminin orijinal tarixi interyerini təkrarlamağı məqsədləyib. Bütün təhlükəsizlik tədbirləri nəzərə alınaraq gəmiyə müasir naviqasiya sistemlərinin quraşdırılması planlaşdırılıb. 2,4 min sərnişin və 900 ekipaj üzvü daşıya biləcək laynerin tikintisi 500 milyon dollar həcmində qiymətləndirilib.

Palmerin sözlərinə görə, yeni “Titanic” ilk reysini Sinqapurdan Dubaya edəcək. Sauthemptona gedəcək gəmi, oradan  Atlantik okeanını keçərək Nyu-Yorka yollanacaq.

Xatırladaq ki, “Titanic” 1912-ci il aprelin 10-da Sauthemptondan Nyu-Yorka tarixi səfər həyata keçirmişdi. Gəmi aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantikada aysberqlə toqquşaraq 2 saat 40 dəqiqədən sonra batmışdı. Qəza zamanı təxminən 1,5 min nəfər həyatını itirmiş, 712 sərnişin və ekipaj üzvü isə xilas ola bilmişdi.

Loading...

www.yenicag.az

1865
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100