Tofiq Yaqublunun karantin müddəti başa çatdı

media-hightechnic-468x90

67812Müsavat başqanının həbsdəki müavinlərindən Tofiq Yaqublunun karantin müddəti şənbə günü başa çatıb. Qızı və oğlu oktyabrın 19-da 13 saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşüblər.

Bu barədə  Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib: “Bu gün karantin müddəti başa çatdığına görə, atam ilə görüşməyimiz mümkün oldu. Karantin müddəti 14 gün idi. Qardaşım və mən onunla görüşdük. Özünü yaxşı hiss edir. Əhvalı yaxşıdır. Möhkəmdir. Hər kəsə salam söylədi. Elə bir şikayəti yoxdur. Saxlanma şəraitindən də şikayətlənmədi. Artıq şəraitə uyğunlaşıb. Azərbaycanda ən ağır Cəzaçəkmə Müəssisəsi olsa da, hələlik hər şey normaldır. Atam olduğu şəraitlə barışıb”.

Qeyd edək ki, Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs edilib. Müsavat başqanının müavini məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. (musavat.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600