!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tolerant Azərbaycan” şəbəkəsi yaradıldı - FOTO

!Reklam – Yazi

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsinin icrasını başa çatdırıb.

Yenicag.az xəbər verir ki, layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsi olub.

Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları, sosial şəbəkələrin fəal istifadəçiləri, qrup və səhifələrinin idarəçiləri, KİV əməkdaşları üçün “Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda 3 təlim keçirilib.

“Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda keçirilən təlimlər geniş marağa səbəb olub və yüksək təmsilçiliyi ilə diqqət çəkib.

Təlimlərdə “Dözümlülük ideyasının tarixi təkamülü”, “Dini tolerantlıq konsepsiyası”, “Qloballaşan dünyada milli-mədəni kimliyə olan çağırışlar”, “İslam dini və tolerantlıq”, “Azərbaycanın tolerantlıq modeli”, “İslam paradiqmasında tolerantlıq anlayışı”, “Müasir insan hüquqları nəzəriyyələri və tolerantlıq ideyası” mövzularını əhatə edib.

Təlimlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutunun təmsilçiləri, AMEA-nın Fəlsəfə və Tarix institutlarının alimləri, nüfuzlu ilahiyyatçılar, ictimaı fəallar, QHT rəhbərləri məruzəçi kimi dəvət olunublar.

DEVAM rəhbəri İlqar İbrahimoğlu, ilahiyyatçı Ağa Hacıbəyli, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəfi Qurbanov, Media və Mülki Cəmiyyət İB-nin sdər müavini Rəsul Mirhəşimli, ictimai fəal Bəxtiyar Hacıyev, tanınmış araşdırmaçı – alim Vüsal Hətəmov, AMEA-nln dosenti Dilavər Əzimli, habelə, alim Füzulu Məhəmməd, QHT nümayəndələri Mehriban Zeynalova, Ruhəngiz Hüseynova və Azər Həsrət məruzələrlə çıxış ediblər.

Ümumilikdə, təlimlərə 80 iştirakçı qatılıb. Təlimlər həm də, qeyd olunan mövzularla yanaşı, cəmiyyətin müxtəlif kəsimlərini təmsil edən rəy liderləri, ekspertlər, ilahiyyatçılar, vətəndaş cəmiyyəti fəalları arasında “Dövlətin din siyasəti necə olmalıdır?”, ““Tolerantlıq” terminini Azərbaycan dilində hansı sözlə əvəz etmək olar?”, “İslam dinində tolerantlıq ənənələri və İslam peyğəmbərinin bununla əlaqədar şəxsi nümunələri necə olmuşdur?”, “Tolerantlıq Qərb ölkələrində necə başa düşülür? “Yanaşma dəyişibmi?” – kimi çox aktual suallar ətrafında müzakirələr və fikir mübadiləsi ilə fərqlənib.

Bu müzakirələr iştirakçılara fərqli yanaşmaları nümayiş etdirib, tolerantlıq da daxil olmaqla ekzestensial suallarla bağlı müasir intellektual axtarışlar barədə bilgilənməyə yardım göstərib.

Layihə çərçivəsində təlim iştirakçılarından ibarət “Tolerant Azərbaycan” Şəbəkəsi yaradılıb. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu yaradılıb. Şəbəkə üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəylərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcək.

Şəbəkənin yaradılması və onun vasitəsilə şaxələndirilmiş maarifçilik aparılması gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcək. Şəbəkə gənclərin tolerantlıq dəyərləri əsasında bir araya gəlməsi və özlərinin bu istiqamətdə maarifçilik tədbirlərini davam etdirməsinə zəmin yaradacaq./Strateq.az/

COP29

www.yenicag.az

3288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv