!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toplumun ölən SİYASƏT MARAĞI: "Vətəndaşlar o qədər ümidsizləşiblər ki..." - Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Azərbaycan xalqı fəal olacağı təqdirdə seçki sistemi işə düşəcək, demokratiyaya keçid baş verəcək”.

Bunu ölkədəki siyasi durğunluğu şərh edən Haqq Ədalət Partiyasının (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Azərbaycanda vətəndaş, toplum siyasi proseslərdən kənar qalıb:

“Vətəndaşların siyasi proseslərdə iştirakı seçki vasitəsi ilə baş verir. Azərbaycanda siyasi sistem vətəndaşları o qədər ümidsizləşdirib ki, heç kəs siyasi proseslərdə iştirakda həvəsli deyil.

Azərbaycan cəmiyyətinin ən böyük qəbahəti seçki prosesində iştirak etməməsidir. Bu həm də Azərbaycan dövlətinin ayıbıdır. Azərbaycan xalqı fəal olacağı təqdirdə seçki sistemi işə düşəcək, demokratiyaya keçid baş verəcək. Sərbəst toplaşma azadlığı təmin olunacaq. Siyasi partiyaların bu gün hər hansı biri aksiya təşkil etsə, polis dəyənəyi ilə qarşılanacaq.

Gürcüstanla Azərbaycanı müqayisə etsək, çox şey ortaya çıxacaq. Gürcüstanda indiki rejim seçki sistemini məhv etmək istəyirdi, ona artıq bir dirəniş var. Cəmiyyət Saakaşvili faktoru ilə meydanlara çıxdı. Orada polis zorakılığı işləmir, aksiyalar dinc keçir. Bu da inkişafa yol açır”.

Səxavət Məmməd

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv