“…torpağı əkib-becərmək fermerə ancaq zərər gətirir”

media-hightechnic-468x90

2C216159-A759-4639-AE82-85C84F1615DD_mw1024_s_nVahid Məhərrəmov: “Pay torpaqlarının məhsuldarlığı aşağıdır”

Heç də bütün pay torpaqlarından istifadə olunmur. Bəzi  insanlar pay torpağına sahib olsalar da, uzun illərdir onu istifadəsiz qoyub. Kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, istifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq.

Görəsən, nədən bir çox pay torpaqları istifadəsiz olaraq qalıb? Yenicag.az-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, fermerlərin bir sıra hallarda torpaqlarının boş qalmasına başlıca səbəb odur ki, pay torpaqlarının məhsuldarlığı aşağıdır. Birincisi, bu torpaqlarda məhsuldarlıq aşağı olduğu üçün fermerə sərf edən məhsuldarlıq götürülmür. Torpağa davamlı şəkildə qulluq olmalıdır. Torpaqda münbitlik kifayət qədər deyilsə, həmin sahədən keyfiyyətli və yüksək məhsuldarlıq əldə etmək mümkünsüzdür. İkinci mühüm məqam isə odur ki, belə sahələrdən əldə olunan məhsulun keyfiyyəti də aşağı olur. Nəticədə daha çox kapital qoyuluşuna ehtiyac yaranır. Yaranan problemləri isə fermerlər təkbaşına həll edə bilmir. Ona görə də bir sıra hallarda torpaqlar boş qalır. İndi baş verənə görə, torpaq sahiblərinə təzyiqləri artırmaq, onları əlavə vergiyə cəlb etmək əslində heç bir nəticə verməyəcək. Çünki, az məhsuldar olan torpağı əkib-becərmək fermerə ancaq zərər gətirir. Ona görə də fermerlər bəzi sahələrdə əkinlə məşğul olmurlar. Bu xususən də o sahələrdir ki, orada deqradasiya prosesi sürətlə gedir, şoranlaşan, erroziyaya məruz qalan sahələr var”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600