!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuz və Qazaxda partlamamış hərbi sursatlar tapıldı - FOTO

!Reklam – Yazi

2020-ci il 15-22 İyul tarixlərində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz və Qazax rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 23 (iyirmi üç), Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç) və Dövlət Sərhəd Xidmətindən – 1 (bir) müraciət daxil olmuşdur (cəmi: 27 çağırış).

ANAMA-dan Yenicag.az-a bildirilib ki, daxil olmuş 27 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Tovuz rayonunun Dondar Quşçu, Ağdam, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Vahidli və Hacallı kəndləri, həmçinin Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı zamanı 16 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə və 3 otlaq sahəsinə (cəmi: 31 ərazi) baxış keçirilmişdir.

Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 2 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd RQM-2 partladıcısının gücləndiricisi, 1 ədəd 9M33 raketinin döyüş başlığı və təzyiq üçün hava akkumilyatoru, 18 ədəd partlamış top və minaatan mərmilərinin qalıqları aşkar olunmuşdur. Cari ilin 22 iyul tarixində Dondar Quşçu kəndi ərazisində aşkar olunmuş 122 mm-lik top mərmisinin (OF-56-1) partladıcısı üzərində olduğuna görə, 23 iyul tarixində yerində partlayış yolu ilə zərərsizləşdirilmişdir, digər partlamamış hərbi sursatlar isə götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Qeyd olunan atəş nöqtələrinin ətrafında 2 835 kv.m əraziyə yerüstü, 217 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv