“Toylarla bağlı kampaniya yersizdir”
Müğənni Vasif Məhərrəmli ötən gün “Günəbaxan” verilişində “Toylara yox deyək” aksiyası ilə bağlı yaranan mübahisədən danışıb. Belə aksiyalara baxmayaraq, toylar davam edəcək:
““Toylara yox deyək” kampaniyası yersizdir. Bu aksiyaya başlayanlara kəskin cavab vermək istəmirəm, biz toylara “hə” deyirik. Toylar davam edəcək. Bu ifadəmə görə üzr istəyirəm: “Ağızda tüpürcək bitər, toy bitməz”. Çünki həyat davam edir. Dünən 7 milyon idik, bu gün 10 milyonuq. Cənab prezidentimiz də bizdən istəyir ki, artım olsun, inkişaf olsun. Düzdür, toylar bizi yorur. Çox yorğunam. Sabah toy mövsümünü Məhərəmliklə əlaqədar bitirirəm. Xalqımdan çox razıyam, onlar da mənim qabiliyyətimdən, qanacağımdan razıdırlar ki, xoş günlərinə dəvət edirlər”.
İfaçı yeni mahnılar üzərində çalışdığını da əlavə edib:
“Hərdən durğunluq yaşadığımız üçün bizi qınayırlar. Fiziki gücüm çatmır. İki ay ərzində isə mahnı yazdırıb, klip çəkdirəcəm. Ata haqqında mahnı yazdırmışam. Biz adətən sevgini xanımımıza, sevgilimizə həsr ediriq. Anamızı xüsusi sevirik, amma ata bizim dayağımızdı. Bəstəkar Tərlan bu mahnını mənə həvalə etdi. Master olunmaq üçün Türkiyəyə göndərmişəm. Mahnıya klip də çəkiləcək, təqdimat da edəcəyik”(qafqazinfo.az)