ABŞ Qərbə qaçqın axınına son qoymaq üçün Suriyada təhlükəsizlik zonalarını yaradacaq.
Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində mitinqdə çoxsaylı tərəfdarları qarşısında deyib.
Tramp deyib ki:”Mən Suriya və digər yerlərdə təhlükəsizlik zonaları yaratmaq istəyirəm ki, onlar (yəni yerli əhali) orada qala və təhlükəsizlik şəraitdə yaşaya bilsinlər”.
Tramp təhlükəsizlik zonaların yaradılacağını vurğulayaraq qeyd edib ki: “Biz elə edəcəyik ki, Fars Körfəzi ölkələri bu zonaların yaradılmasının xərclərini qarşılayacaqlar”.
Yeniçağ.Az
www.yenicag.az