!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp BAŞA KEÇDİ – 4 illik ssenaridə NƏLƏR OLACAQ?

!Reklam – Yazi

“ABŞ dövlətinin dünyanın idarə edilməsindəki rolu baxımından Donald Trampın yenidən hakimiyyətə qayıtması mühüm əhəmiyyət kəsb edəcək. Çünki dünya Trampın vəzifələrinin icrasına başlamasını səbirsizliklə gözləyirdi”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ötən gün inauqurasiya mərasimi keçirilən və ABŞ-nin 47-ci prezidenti vəzifəsinin icrasına başlayan Donald Trampın xarici siyasət vektorlarını analiz edib.

A. Qasımova görə, dünyada Trampın gəlişi ilə bir çox məsələlərdə həlledici addımlar atılacağı gözləntiləri vardır:

“Dünyada davam edən müharibələrin başa çatacağı, eyni zamanda, ABŞ daxilində baş verəcək dəyişikliklər barəsində Tramp inauqurasiya mərasimində mesajlar verdi. 4 illik hakimiyyəti dövründə Trampın bütünlüklə ABŞ-ni dəyişdirəcəyi, daha güclü edəcəyi bildirildi. Görünən odur ki, Tramp fikrində qəti və israrlıdır. Onun ultrasağ təmayüllü fikirləri və inauqurasiyaya dəvət etdiyi insanlardan da göründüyü kimi, insan cəmiyyətinin gələcəyi baxımından atmaq istədiyi addımlar da maraq doğurur”.

Analitik hesab edir ki, Trampın qarşısında qoyduğu məsələlər baxımından işi çox çətin olacaq və onun atacağı addımların hər biri böyük və riskli addımlardır:

“Məsələlərin mahiyyəti onun etmək istədiyi kimi elə də asan iş deyil və 4 ilə sığması çətin məsələdir. 2025-ci ildən başlayaraq dünya nizamı böyük ölçüdə dəyişikliklər astanasında olacaq. Amma Trampın bu istəklərini necə həyata keçirməyə başlayacağını hamı maraqla gözləyir. Hesab edirəm ki, Trampın istəklərini həyata keçirməyə iradəsi olsa da, dünya elə də asan bir yer deyil ki, bütün arzular həyata keçsin”.

“Trampın gəlişi ilə dünyada gərginliyin azalacağı yox, artacağı qənaətindəyəm. Çünki dünya tək bir insanın əli ilə idarə edilmir. Əgər Tramp nəyisə dəyişmək istəyirsə, onun dəyişmək istədiyi nizamı da quranlar var və onlar da böyük qüvvələrdir. Odur ki, qarşıdurmaların artacağı qənaətindəyəm. Təbii ki, müəyyən regionlarda sabitlik mümkün olacaq. Məsələn, əgər İrana hücum olmasa Yaxın Şərqdə bu sabitlik gözləniləndir”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv