ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Evin hazırkı başçısı Co Baydenə məktub göndərib.
Yenicag.az xəbər verir ki, o, Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə uğurlar arzulayaraq, 2018-ci ilin iyul ayında özünün keçirdiyi Helsinki sammitinin “Amerikaya zəfər gətirdiyini” xatırladıb.
“Baydenə Prezident Putinlə ünsiyyətdə uğurlar – görüş zamanı yuxuya getməyin və xahiş edirəm ən xoş diləklərimi ona çatdırın”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp Baydenin yuxulu və yorğun göründüyü videolara görə prezident marafonları zamanı onu mütəmadi olaraq “Yuxulu Co” adlandırıb.
Baydenlə Putinin görüşünün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb.
www.yenicag.az