ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı hərbi qoşunlarının çox hissəsini geri çağıracaq.
Yenicag.az xəbər verir ki, o, 7 minə yaxın hərbçini Əfqanıstandan çıxaracaq.
Məlumata əsasən, Tramp bu qərarı qoşunların Suriyadan çıxarılması ilə bağlı eyni vaxtda verib. Lakin məlumat ABŞ-ın rəsmi orqanları tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda 14 minə yaxın hərbçisi var.