Tramp: "Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq"

media-hightechnic-468x90

Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm.

Yenicag.az-ın məlumatına görə, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib. O qeyd edib ki, danışıq zamanı, həmçinin Suriya, Qəzza və digər məsələlərlə bağlı yaxşı, məhsuldar müzakirə baş tutub.

Tramp Prezident Ərdoğanın onu Türkiyəyə dəvət etdiyini və Türkiyə liderinin də Vaşinqtona səfər edəcəyini bildirib. O, 4 illik əvvəlki prezidentliyi dövründə Rəcəb Tayyib Ərdoğanla mükəmməl münasibətinin olduğunu vurğulayıb./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600