ABŞ Daxili İşlər Departamenti prezident Donald Trampın əmri ilə son yanğınlar səbəbindən qanundan yayınaraq Kaliforniyanın su ehtiyatlarını idarə etmək səlahiyyəti alıb.
Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.
Yanvarın 25-də Tramp Los-Ancelesin yanğınlardan zərər çəkmiş ərazilərinə, eləcə də quruyan ərazilərə su təchizatını artıracağını vəd edib.
Yanvarın 7-də Los-Ancelesdə güclü meşə yanğınları baş verib. Vəziyyəti qasırğalı küləklər daha da gərginləşdirib, bu da yanğının yayılmasına səbəb olub. 180 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qaldı, minlərlə bina yanıb. Bir çox Hollivud məşhurları evlərini itirib.
www.yenicag.az