ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnnin görüşü İsveçrədə ola bilər.
Yenicag.az bildirir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Amerika telekanalı öz xəbərində bildirir ki, bununla bağlı hələlik qəti qərar qəbul edilməyib. Sammitin keçirilməsi üçün variantlar arasında Pekin, Pxenyan və Ulan-Bator da olub, lakin təhlükəsizlik baxımından onlar rədd edilib.
Qeyd edilir ki, Avropada görüşün təşkilini Amerika hakimiyyətinin nümayəndələri öz üzərlərinə götürür.
“Bloomberg” agentliyi sammitin İsveçdə keçiriləcəyini açıqlamışdı. Çünki İsveç hər iki dövlət üçün qənaətbəxş hesab edilir.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp aprelin 18-də Tvitter hesabında yazmışdı ki, dövlət katibi postuna namizəd kimi irəli sürülmüş Maykl Pompeo Kim Çen İnnlə görüşərək, sammitin detallarını müzakirə edib.
Zaur H.
www.yenicag.az