Çin lideri ABŞ prezidenti ilə növbəti görüşünü keçirdi
ABŞ Prezidenti Donald Tramp Çinə səfərinin üçüncü günündə bu ölkənin lideri Si Cinpinlə növbəti dəfə görüş keçirib.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
“Çin sədri Si Cinpin ABŞ lideri Donald Trampla Çjunnanxay iqamətgahında qısa görüş keçirib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün liderlər arasında ilk görüş baş tutub.













