Tramp: "Mən ölkəmizi məhv edən korrupsionerlərlə məşğul oluram"

media-hightechnic-468x90

ABŞ-nin keçmiş prezidenti, respublikaçı Donald Tramp ona qarşı aparılan cinayət işlərinə görə həbsxanaya düşməkdən qorxmadığını və bütün ittihamları siyasi hesab etdiyini bildirib.

media-banner_tkm

“Narahat olmayın, bu barədə düşünmürəm, mən başqa cür adamam. İnsanlar yanıma gəlib bunu necə etdiyimi soruşdular. Mən heç düşünmürəm. Mən ölkəmizi məhv edən korrupsionerlərlə məşğul oluram. Mən sadəcə ABŞ-ni yenidən necə möhtəşəm etmək barədə düşünürəm. Bunlar siyasi, banan respublikası üslubunda olan və üçüncü dünya ölkəsinə yaraşan ittihamlardır”, – eks-prezident bəyan edib.

Xatırladaq ki, ABŞ-nin xüsusi prokuroru Cek Smit avqustun 1-də Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunur. Siyasətçiyə qarşı irəli sürülən cinayətlərdən ən ağırına görə maksimum cəza 20 il həbsdir./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05