Tramp “müharibəni söndür” düyməsini TAPA BİLMİR: “ABŞ bir daha anladı ki, yardımı kəsməklə...”

media-hightechnic-468x90

 

“Bu, Trampın istəklərinə ziddir. Nəticə olaraq o, dediyi kimi istədiyi vaxt istədiyi kimi müharibəni bitirə bilmir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

O, Rusiya-Ukrayna münaqişəsi fonunda Paris görüşünün mümkün nəticələrini təhlil edərkən bildirib ki, bu görüşdən elə də ciddi gözləntilər yoxdur:

“Lakin ümumilikdə Paris görüşünün özü müəyyən məsələlərdən xəbər verir. İlk olaraq ABŞ axır ki, Avropa və Ukrayna olmadan bu münaqişənin həll olmayacağını anladı. Hazırda Berlin və Paris Avropanı təmsil edirlər. Buna görə də Vaşinqton Ukrayna prezidenti Volodimir Zelenskiyə məhz Avropa vasitəsilə təzyiq etməyə çalışır”.

“İkinci əsas məsələ isə ABŞ bir daha anladı ki, yardımı kəsməklə Ukrayna yenə də ərazi güzəştinə getməyəcək. Çünki az da olsa, Avropanın yardımları davam etməkdədir. Bu da Trampın istəklərinə ziddir. Nəticə olaraq o, dediyi kimi, istədiyi vaxt, istədiyi kimi müharibəni bitirə bilmir. Bir sözlə, sadalanan amillər fonunda Avropaya üz tutulub. Burada danışıqlar nəticəsində müəyyən razılaşmaların əldə olunması istisna edilmir. ABŞ-nin bəzi güzəştləri hesabına Avropa da Ukraynaya təzyiqlər edə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600