Tramp prosesi idarə EDƏ BİLMİR: Ukrayna müharibəsində ABŞ iki yerə BÖLÜNDÜ
“Tramp bilir ki, Rusiya Ukrayna müharibəsində sülh mövqeyindən çıxış etmək istəmir”.
Bu sözləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ tərəfinin atdığı addımlar, Trampın Putinə 50 gün vaxt verməsini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Y. Bağırzadə bildirib ki, ABŞ-nin özündə belə Rusiya ilə bağlı məsələdə yekdil fikir yoxdur:
“Trampın Rusiyaya 50 günlük vaxt verməsi ABŞ administrasiyası tərəfindən birmənalı qarışlanmadı. Bəzi senatrolar, bəzi dövlət nümyəndələri proseslə bağlı fikir bildirmir. Rusiyanın 700-750 minlik qoşunla yay aylarında hücum etmək, Kiyevə yaxınlaşmaq istədiyi deyilir. Hazırda Rusiya hücumlarının kəsərini artırıb. Tramp sanki Putinə vaxt verir”.
Onun sözlərinə görə, Tramp administrasiyası Ukraynaya köməklik etmək istəyir:
“Baxmayaraq ki, Donald Tramp Putin haqqında kəskin bəyanatlar vermişdi, ancaq daha sonra kəskin danışmadı. “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi prosesi gedir. Dünyada 180 “Patriot” sistemi var. Onun 94-ü NATO dövlətlərindədir. Bundan əlavə, ABŞ Ukraynaya “Tomahawk” raketləri verəcək. Tramp elan etdi ki, müharibədə uduzmurlar, mallarını satırlar. Satdıqları malların da pulunu Avropa İttifaqı verəcək”.
“Tramp prosesi idarə edə bilmir. Onun reytinqi aşağı düşür. Tramp bilir ki, Rusiya Ukrayna müharibəsində sülh mövqeyindən çıxış etmək istəmir. Rusiya hücumlarının kəsərini bir qədər də artıracaq. Avropa İttifaqına daxil olan ölkələr anlayır ki, bu hücum ağır nəticələr verə bilər. Rus ordusu artıq Avropanın qapılarındadır. Ona görə də, biz bu 50 gündə çox böyük hadisələrin şahidi olacağıq”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd