Tramp Putinə 50 gün VAXT VERDİ – Vaşinqton Moskva ilə “valı dəyişir”
“Tramp məsələni gündəmə gətirirsə və belə bəyanatlar səsləndirilirsə, demək ki, arxa planda hansısa formada nəyinsə müqabilində anlaşma mövcuddur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə müharibəni 50 gün ərzində dayandırması ilə bağlı tələbinə münasibət bildirib.
Deputat bildirib ki, Rusiya proqnozlaşdırılması asan olan bir dövlət deyil:
“Yəni ABŞ dövlət kimi stabil və qabaqcadan təxmin edilə bilən davranış sərgiləmir. Bu baxımdan, Rusiyanın ABŞ, yaxud Trampın Putinlə hansı şərtlərlə güzəştə gedə biləcəyini proqnozlaşdırmaq çətindir. Əlavə olaraq bu münasibətlərdə konkret hansı şərtlərin və şərtlərin nədən ibarət olduğu da müəyyən deyil. Sadəcə olaraq, əgər Tramp məsələni gündəmə gətirirsə və belə bəyanatlar səsləndirilirsə, demək ki, arxa planda hansısa formada nəyinsə müqabilində anlaşma mövcuddur. İndi bu razılaşma yerinə yetiriləcək, ya yox artıq zaman məsələsidir”.
Nəsimi Ələsgərli