Tramp Putinin ƏLİNƏ OYNAYIR – Vaşinqton Moskvaya əks olan adamları “TƏMİZLƏYİR”

media-hightechnic-468x90

ABŞ hökumətində Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərlə bağlı məlumat toplayan xüsusi koordinator vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, iki mənbə qəzetə bildirib ki, qanunvericiliyə əsasən, Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərlə bağlı kəşfiyyat məlumatlarını toplamaq səlahiyyəti verilmiş koordinator işdən çıxarılıb. Sözügedən vəzifə ABŞ Milli Kəşfiyyat İdarəsinin tabeliyində yaradılmışdı. Vəzifənin təsis olunması Konqres üzvü Ceyson Krou və keçmiş konqresmen, hazırda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Maykl Uolts tərəfindən irəli sürülmüş qanun layihəsinə əsaslanırdı.

“Zorakılıqlar üzrə koordinator vəzifəsi Putini ukraynalı xalqa qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır”, – deyə Ceyson Krou nəşrə verdiyi açıqlamada bildirib.

Krou əlavə edib ki, bu vəzifə Konqresin iki partiyasının birgə razılığı ilə təsis olunub və administrasiya qanunun tələblərinə uyğun olaraq vəzifə sahibinə öz işini yerinə yetirməyə imkan verməlidir. Onun sözlərinə görə, əgər Donald Tramp və Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard davamlı sülhə nail olmaq istəyirlərsə, o zaman Putini Ukraynada törətdiyi cinayətlərə görə cavab verməyə hazır olmalıdırlar.

Üç hökumət mənbəsinin bildirdiyinə görə, həmin koordinatorun rəhbərlik etdiyi idarələrarası işçi qrupu da ləğv olunub. Ekspertlərin fikrincə, bu addımlar ABŞ-nin həm müttəfiqləri, həm də rəqibləri üçün hüququn aliliyi prinsipini müdafiə edən beynəlxalq lider statusunu itirdiyinə dair ciddi siqnaldır.

Xatırladaq ki, Tramp administrasiyası fəaliyyətə başladıqdan sonra ABŞ-ni Avropa İttifaqının rəhbərlik etdiyi və Rusiyanın beynəlxalq hüququ pozmasına görə məsuliyyətə cəlb edilməsini nəzərdə tutan beynəlxalq koalisiyadan çıxarmaq qərarına gəlib. Ağ Ev həmçinin ABŞ Ədliyyə Nazirliyinin Hərbi Cinayətlər üzrə Məsuliyyət Qrupu ilə bağlı işləri məhdudlaşdırıb və sanksiyalara məruz qalan rus oliqarxlarının aktivlərinin müsadirəsi proqramını da ləğv edib. Bundan əlavə, ABŞ-nin bir neçə milli təhlükəsizlik agentliyi Rusiya sabotajı, dezinformasiyası və kiberhücumlarına qarşı koordinasiyalı mübarizə səylərini də dayandırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600