Tramp Putinlə görüşdən sonra Zelenskini məlumatlandıracaq

media-hightechnic-468x90

Almaniya kansleri avqustun 13-də ABŞ Prezidenti ilə söhbəti “konstruktiv və müsbət” adlandırıb.

Yenicag.az xəbər verie ki, Almaniya kansleri Fridrix Merz bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşünün nəticələri barədə dərhal Vladimir Zelenskiyə və Avropa liderlərinə məlumat verəcək.

Merz Berlində Avropa liderlərinin Trampla videokonfransından sonra Zelenski ilə birgə mətbuat konfransında deyib:

“Biz prezident Trampa ən xoş arzularımızı çatdırdıq. Biz razılaşdıq ki, prezident Putinlə görüşdən dərhal sonra o, ilk növbədə, Vladimir Zelenskiyə məlumat verəcək. Bundan dərhal sonra o bu təşəbbüsün iştirakçıları olan Avropa dövlət və hökumət başçılarını da məlumatlandıracaq”.

Eyni zamanda Almaniya kansleri Trampla söhbəti “konstruktiv və müsbət” adlandırıb.

“Ukraynada sülhə ümid var”, – o vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa