Tramp qudasını əfv etdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Rusiya istintaqı çərçivəsində mühakimə olunan şəxslər də daxil olmaqla 26 nəfər barəsində yenidən əfv fərmanı imzalayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Trampın bağışladığı şəxslər siyahısında 2016-cı il seçkilərində təşviqat müşaviri vəzifəsini icra edən Pol Manafort və Rocer Stoun da var.

Bundan əlavə, Tramp kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşneri də əfv edib. Çarlz Kuşner 2005-ci ildə seçki kampaniyasına qanunsuz ianələr, vergidən yayınma və şahidləri saxtalaşdırmaqda günahlandırılaraq həbs edilmiş 2006-cı ilin avqustunda isə azadlığa buraxılmışdı.

Qeyd edək ki, bir gün əvvəl Donald Tramp 20 nəfər məhkum barədə əfv qərarını imzalamışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05