Tramp “savaş baltaları”nı ÇIXARIR – “Əgər müharibə olarsa və əməliyyatlar İsrailə tapşırılarsa...”

media-hightechnic-468x90

“Tramp ABŞ-nin İran nefti və qazına xüsusi çıxışını təmin etməyə çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

O, ABŞ prezidenti Donald Trampın “əgər nüvə fəaliyyətindən əl çəkməzsə, İranla müharibə qaçılmaz olacaq və əməliyyatlara İsrail başçılıq edəcək” bəyanatını şərh edərkən bildirib ki, atılan hər bir addım biznes maraqları ilə bağlıdır:

“Trampın müharibə barəsində dediklərini ciddi qəbul etmirəm. Çünki onun atdığı hər bir addım məhz biznes maraqları ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, İran dünyada neft ehtiyatlarına görə dördüncü, qaz ehtiyatlarına görə isə ikinci yerdədir. Lakin tətbiq olunan sanksiyalar nəticəsində bu resursların heç birindən istifadə edə bilmir. Trampın İranla ziddiyyətinin kökündə də məhz bu amil dayanır”.

Mütəxəssisin sözlərinə görə, ABŞ prezidenti eynilə Ukraynada olduğu kimi mövzunu nadir tapıntılar məsələsinə gətirmək istəyir:

“Yəni Tramp ABŞ-nin İran nefti və qazına xüsusi çıxışını təmin etməyə çalışır. Son nəticədə belə sövdələşməni görəcəyik. Müharibənin baş verməsi indiki dövrdə Tramp üçün sərfəli ssenari deyil. Əksinə o, ABŞ-nin iqtisadiyyatını daha da gücləndirmək üçün müharibələri bitirməyə çalışır. Çünki əgər müharibə olarsa və əməliyyatlar İsrailə tapşırılarsa, gərək, maliyyə ayrılsın. Nəticə olaraq İsrailin tək başına İranla bacarmayacağını yaxşı anlayır. Tramp administrasiyası hazırda hərbi xərclərin azalmasına çalışır. Bir sözlə, müharibə bəyanatı arxasında iqtisadi maraqlar dayanan blefdir”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600