Tramp yeni sosial platformaya qoşuldu

media-hightechnic-468x90

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin, Respbulikaçılar partiyasının bir sıra tərəfdarı yeni sosial platformaya – “Campaign Nucleus”a qoşulublar.

Yenicag.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, yeni sosial şəbəkəni Trampın seçkiqabağı qərargahının keçmiş müşaviri Bred Parskeyl hələ 2016-cı ilin martında yaradıb. “Campaign Nucleus” istifadəçilərə elektron məktublar, press-relizlər göndərmək, mətn mesajları yazmaq və dövlət rəsmiləri ilə əlaqə quraraq söhbətlər aparmaq imkanları verir.

Yeni platformanın Trampa daha əvvəl digər sosial şəbəkələrdə olduğu kimi, öz bəyanatlarını jurnalistlərə və tərəfdarlarına çatdırmaq imkanı verəcəyi bildirilib.

Qeyd edək ki, Twitch, Twitter, Facebook, Youtube, Instagram Vaşinqtonda 6 yanvar iğtişaşlarına görə Trampın hesablarını bloklayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600