Tramp yüzlərlə alimi işdən çıxardı
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə iqlim dəyişikliyi ilə bağlı müntəzəm hesabat üzərində işləyən yüzlərlə alimi işdən çıxarıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“Tramp administrasiyası Konqres tərəfindən təyin edilmiş iqlim hesabatı yazan alimlərə bildirib ki, onlar vəzifələrindən azad olunur və hesabatın əhatə dairəsi yenidən nəzərdən keçirilir”, – məlumatda deyilib./axar.az