!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampa yenidən sui-qəsd cəhdi ola bilər

!Reklam – Yazi

ABŞ Məxfi Xidməti rəsmiləri keçmiş prezident Donald Trampa sui-qəsdin yenidən baş verə biləcəyindən ehtiyat edirlər.

Yenicag.az xəbər verir ki, Missuri ştatından olan ABŞ senatoru Coş Hauli bunu “Fox News”a müsahibəsində bildirib.

“Düzünü desəm, biz qorxuruq ki, bu, yenidən baş versin. Bunun bir daha baş verməsinə icazə verə bilmərik. Biz faktları əldə etməliyik”, – deyə o bildirib.

Hauli yüksək məxfi xidmət agentinin keçmiş ABŞ prezidentinin yaralandığı Pensilvaniya mitinqində “adi təhlükəsizlik protokollarını” tətbiq etmədiyini söyləyib. Bununla belə, senator bildirib ki, o, hələ də şöbənin əməkdaşı olaraq qalır.

ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə baş verib. Siyasətçiyə yaxınlıqdakı sənaye binasının damında olan gənc tərəfindən bir neçə dəfə atəş açılıb. Tramp yüngül yaralanıb – güllələrdən biri onun qulağına dəyib.

COP29

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv