!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampdan dünyaya miqrant şoku: "New York Times" yazdı - "Dizlərindən vurun"

!Reklam – Yazi

ABŞ-da yeni yayımlanan bir kitab Donald Trampın qaçqın axışını dayandırmaq üçün onların ayağından vurulması lazım olduğunu bildirdiyini iddia edib. 

Yenicag.az dünya mətbuatına istinadən xəbər verir ki, “New York Times” qazetinin iki əməkdaşı tərəfindən hazırlanan kitabda Tramp tərəfindən ölkəyə miqrant axışını dayandırmaq üçün aşırı yöntəmlərin istifadə edilməsi barədə məlumatlar yer alıb.

Bu aşırı yöntəmlərə elektrik cərəyanı, sivri uclu divarlar, ilanlar və timsah dolu xəndəklər də daxildir.

Meksika sərhəddində gəlmələrin qarşısını almaq üçün divarların çəkilməsi ABŞ siyasətini təşkil edir. Pentaqon bunun üçün 3,5 milyard dollar vəsait də ayırıb. Kitabdakı iddialarla bağlı isə rəsmi “Ağ Ev” hələki heç bir açıqlama verməyib.

“Sərhəd savaşları: Trampın miqrantlara hücumu” adlı kitab adları açıqlanmayan 10-dan çox ABŞ rəsmisi ilə dialoqlar sonrasında yazılıb. Kitab ABŞ Prezidentinin bu ilin martında 1 həftə ərzində olan hadisələr zamanı həyata keçirdiyi çözüm siyasətindən bəhs edir.

İddiaya görə, Trampın səlahiyyətlilərlə görüşlərin birində miqrantların qarşısını almaq üçün ayaqlarından atəş edilməsi barədə göstəriş verdiyi, lakin həmin səlahiyyətlilərin bunun ABŞ qanunlarına zidd olduğu üçün qəbul etmədikləri bildirilir.

Qeyd edək ki, daha öncə Tramp mediaya açıqlamalarının birində ABŞ əsgərinə daş atan miqrantlara qarşı silah istifadə edilməsinin mümkünlüyündən danışıb.

Başqa bir iddiaya görə, şəxsi müzakirələr zamanı Tramp sərhəddə xəndəklər qazılmasını, bu xəndəklərə ilan və timsahların doldurulmasını, sivri ucluqlarla çəkilmiş divarlara isə, elektrik verilməsini məsləhət görüb.

Bütün bu təkliflərin qarşılığında “Ağ Ev” məsləhətçilərinin “çaş-baş” qaldığı, Trampı qərarından döndərmək üçün vasitələr axtardığı iddia edilib. Məsləhətçilər Prezidenti fikrindən döndərə bilsə də, onların bir neçəsi Trampın “intiqam siyasəti”nin qurbanı olub. Belə ki, Donald Tramp həmin şəxsləri planın qarşısını almaq səbəbiylə vəzifəsindən azad edib.

Xatırladaq ki, ABŞ Prezidenti 2016-cı ildən bu yana miqrantlara qarşı aktiv siyasət aparır.

Miqrantlara qarşı aqresiv siyasət ABŞ daxilində demokratların da ciddi etirazlarına səbəb olub.

2018-ci ildə 400 min, 2019-cu ildə isə 800 min insan qaçaq miqrant kimi saxlanılıb.

Miqrantların əksəriyyəti şiddət, yoxsulluq və səfalət üzündən digər Latın Amerikası ölkələrindən Meksikaya, buradan da ABŞ-a üz tutur.

Həşim Səhrablı 

www.yenicag.az

4418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv