Trampdan Hörmüzlə bağlı AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında etdiyi yeni paylaşımla İranla bağlı kritik bir razılaşmanı elan edib.
Yenicag.az xəbər verir ki, Tramp İranın Hörmüz boğazını tamamilə açdığını və strateji su yolundan bir daha silah kimi istifadə etməyəcəyini bildirib.
“Bura artıq dünyaya qarşı bir silah kimi istifadə olunmayacaq!”, – deyə o vurğulayıb.
Qeyd edək ki, sözügedən razılaşma aprelin 11-də İslamabadda başlayan və Pakistanın vasitəçiliyi ilə keçirilən sülh danışıqlarının ən böyük nailiyyəti hesab olunur.













