Trampın açıqlaması Rusiyada sevinclə qarşılandı
ABŞ Prezidenti Donald Tramp Ukraynanın ABŞ üçün strateji əhəmiyyət daşımadığını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsində paylaşım edib.
“Prezident Tramp, əslində, Ukraynanın ABŞ üçün strateji önəmi olmadığını deyir”, – o bildirib.
Bundan əvvəl Amerika lideri vurğulamışdı ki, ABŞ-nin Ukrayna məsələsində Avropa ilə işləməsinə ehtiyac yoxdur, çünki bu münaqişə Amerika ərazisindən minlərlə mil uzaqdadır.













