Trampın müşaviri: "Dayanmaq fikrimiz yoxdur"

media-hightechnic-468x90

ABŞ-nin keçmiş Miqrasiya və Gömrük İdarəsinin rəhbəri, hazırda Trampın miqrasiya məsələləri üzrə müşaviri olan Tom Homan administrasiyanın Çikaqo və digər bölgələrə Milli Qvardiyanın yerləşdirilməsi planını müdafiə edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Homan bu barədə “Fox News”a verdiyi açıqlamada danışıb.

“Dediyim kimi, aylar öncə xəbərdarlıq etmişdim: hər bir sığınacaq şəhərini nəzarətə alacağıq. Dayanmaq fikrimiz yoxdur”, – deyə Homan bildirib.

Milli Qvardiyanın nə vaxt yerləşdiriləcəyi ilə bağlı sualı cavablandıran müşavir qeyd edib ki, “onlar artıq ərazidədir”.

“Dünən gecədən işə başlayıblar”, – deyə o əlavə edib.

Çərşənbə günü günorta saatlarında yüzlərlə Milli Qvardiya əsgəri Çikaqo yaxınlığındakı hərbi bazada toplaşıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05