!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tüfənglə "selfie" çəkmək istəyirdi, səhvən özünü vurdu - VİDEO

!Reklam – Yazi

Türkiyənin Şanlıurfa əyalətində gənc oğlan tüfənglə “selfie” çəkərkən yanlışlıqla özünə atəş açıb.

Yenicag.az xəbər verir ki, hadisə günorta saatlarında Abdulkadir Odabaşı küçəsindəki bir iş yerində baş verib.

İddiaya görə, Erdoğan Ç. çalışdığı iş yerində kimsə olmayan zaman ov tüfəngi ilə “selfie” çəkmək istəyib. Lakin yanlışlıqla tüfəngdən atəş açılıb. Erdoğan ayağına tuş gələn güllədən yaralanıb.

Silah səsini eşidən insanlar hadisə yerinə polis və tibbi yardım çağırıb. Yaralı oğlan Siverek Dövlət Xəstəxanasına yerləşdirilib. Burada ilkin tibbi yardım göstərildikdən sonra isə o, Şanlıurfa Təhsil və Araşdırma xəstəxanasına aparılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

www.yenicag.az

2086
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv