!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB-in ənənəvi işgüzar səhər yeməyi təşkil olundu - VİDEO

!Reklam – Yazi

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) ənənəvi işgüzar səhər yeməyi təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Elnur Bağırov və Türkiyə və Azərbaycandan olan iş adamları iştirak ediblər.

Elnur Bağırov  təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatı​ sahələrində aparılan institusional islahatları diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu standartlaşdırma mövzusu ilə bağlı çıxış edib.

Tədbirin sonunda ölkəmizdə vəzifə müddətinin başa çatan “Türk Hava Yolları”nın Azərbaycan təmsilçisi Seyfullah İlyasa fəaliyyətlərinə görə “Təşəkkür” plaketi təqdim olunub.

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv