Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində qərar verildi

media-hightechnic-468x90

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun təqdimatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Məlumata görə, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600