!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk deputat Yıldırımın ABŞ səfərini “Yeni Çağ”a şərh etdi

!Reklam – Yazi

AKP-nin İstanbuldan seçilmiş millət vəkili, TBMM-in Avropa İttifaqı uzlaşma komitəsinin üzvü Ahmet Berat Çonkar, Türkiyə baş nazirinin ABŞ-a səfərini Yenicag.az-a şərh edib.

“Əlaqələrimizdə, əksəriyyəti Türkiyədən qaynaqlanmayan problemlərin mövcudluğu dövründə cənab baş nazirin ABŞ-a səfəri böyük əhəmiyyətə malikdir. 70 ildən bəri yaxın müttəfiqlik əlaqələri olan iki ölkə arasında, xüsusilə də Suriya məsələsindən sonra problemlər yaranıb. Cənab prezidentimiz Rəcəb Tayyip Ərdoğan haqlı olaraq, ABŞ-ın Suriyadakı terror təşkilatlarına yardım etməsini və FETÖ terror təşkilatının liderinin Türkiyəyə qaytarılmamasını tez-tez tənqid edir. ABŞ-ın viza məsələsində bizə tətbiq etdiyi məhdudlaşdırma iki ölkə arasındakı əlaqələrin tarixində rast gəlinməyən bir hadisə idi. Cənab baş nazirin ABŞ-a səfərindən əvvəl bu mövzuda müəyyən yumşalmalar hiss olunurdu. Biz bu mülayimləşməni çox yüksək qiymətləndiririk. Hakim partiyası AKP olan Türkiyənin beynəlxalq əlaqələrdə izlədiyi əməkdaşlıq, müttəfiqlik prinsipləri olduqca aydındır: qarşılıqlı maraqlar və hörmət. Cənab prezidentimizin 2 ay əvvəlki, baş nazirimizin isə keçən həftəki səfəri əlaqələrdə yenidən köhnə müttəfiqlik prinsiplərinə sadiq qalacağına inam yaradır. İnşallah, ən qısa müddət ərzində regionumuzdakı terror təşkilatlarına edilən hərbi yardımlar tamamilə dayanacaq və ölkəmizdə çevrilişə cəhd edən FETÖ lideri ədalətli mühakiməyə təhvil veriləcək.”

COP29

www.yenicag.az

1502
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv