“Türk-erməni sərhədləri Klinton prezident seçiləndən sonra açıla bilər”

media-hightechnic-468x90

img1759368Vaşinqtondakı “Kornegi” Fondunun Avrasiya məsələləri üzrə eksperti Tomas de Vaal 2015-ci ildə Türkiyə-Ermənistan münasibətlərində hər hansı tərəqqi gözlənilmədiyini söyləyib.

Yenicag.az müsavat-a istinadən bildirir ki, bununla belə, onun sözlərinə görə, qeyri-rəsmi səviyyədə ikitərəfli vətəndaş və mədəni əlaqələr inkişaf eləməkdədir.

“Kiçik də olsa, iki ölkə arasında münasibətlərdə pozitiv ab-hava yaradan addımlar atılmaqdadır”, – deyə o qeyd edib. Lakin Tomas de Vaal sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarına qayıdışın daha mümkün olmadığını söyləyib: “Fikrimcə, bu, olduqca çətin olacaq. çünki sənədə Türkiyədə də, Ermənistanda olduqca neqativ münasibət var”.

Ekspert hesab edir ki, Vaşinqton bu məsələyə yalnız yeni prezidentin dönəmində ciddi şəkildə qayıdıla bilər. “Bu planda erməni-türk münasibətləri üçün Hillari Klintonun növbəti seçkilərdə qələbəsi perspektivli ola bilər” deyə analitik əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600