Türkiyəli məşhur baş məşqçi Ümit Kayıhan vəfat edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, məşhur baş məşqçi Ümit Kayıhan 64 yaşında həyatla vidalaşıb. Uzun müddətdir, reanimasiya şöbəsində müalicə olunan məşqçi xəstəliyə qalib gələ bilməyib.
Ümit Kayıhan kariyerası boyunca “Göztepe”, “Balıkesirspor”,”Altay”, “Eskişehirspor”, “Altınordu”, “Kuşadasıspor” futbol klublarında oynayıb, “Altay”, “Karşıyaka”, “Denizlispor”, Antalyaspor”, “Adanaspor”, “Diyarbakırspor”, “Erzurumspor”, “MKE Ankaragücü”, “Göztepe”, “Bursaspor”, “Malatyaspor”, “Kocaelispor” və “Çaykur Rizespor” komandalarında baş məşqçi olaraq fəaliyyət göstərib
www.yenicag.az